EN

Misli Premyer Liqasında yeni mövsüm başladı Yenilənir

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümü start götürüb.

QOL.az xəbər verir ki, bu mövsüm əvvəlki illərdən fərqli olaraq çempionatda daha çox - 12 komanda iştirak edəcək. Uzun fasilədən sonra "Karvan-Yevlax" və "İmişli" elitada yarışacaq.

12 komanda iştirak edəcəyindən yarış 3 dövrədən və 33 turdan ibarət olacaq.

1-ci turun ilk oyun günündə 1 matç keçirilir. 1-ci liqadan elitaya yüksələn 2 komanda üz-üzə gəlir. "Qəbələ" səfərdə "Karvan"la qarşılaşır. Oyun saat 17:00-da başlayıb. 

Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.

Misli Premyer Liqası

1-ci dövrə, 1-ci tur

15 avqust (cümə)

17:00. “Karvan” – “Qəbələ” - 0:0 (Birinci hissə)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Şamaxı şəhər stadionu

16 avqust (şənbə)

17:00. “İmişli” – “Turan Tovuz”

Şamaxı şəhər stadionu

20:00. “Neftçi” – “Şamaxı”

“Neftçi Arena”

17 avqust (bazar)

20:30. “Sumqayıt” – “Kəpəz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan”

Zirə İdman Kompleksinin stadionu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
9
qol.az

10Sources