Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümü start götürüb.
Hafta.az xəbər verir ki, bu mövsüm çempionatda 12 komanda iştirak edəcək.
Uzun fasilədən sonra "Karvan-Yevlax" və "İmişli" elitada yarışacaq. 12 komanda iştirak edəcəyindən yarış 3 dövrədən və 33 turdan ibarət olacaq.
İlk oyun günündə 1 matç keçirilib. "Qəbələ" səfərdə "Karvan"la qarşılaşıb. Oyun bərabərliklə yekunlaşıb.
Misli Premyer Liqası - 1-ci dövrə, 1-ci tur
15 avqust (cümə)
“Karvan” – “Qəbələ” - 1:1
Qollar: Domi Massumo, 54 (0:1), Murad Musayev, 78 - avtoqol (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
Şamaxı şəhər stadionu
16 avqust (şənbə)
17:00. “İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu
20:00. “Neftçi” – “Şamaxı”
“Neftçi Arena”
17 avqust (bazar)
20:30. “Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19 avqust (çərşənbə axşamı)
20:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu
Qeyd: 1-cu turda keçirilməli olan "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.