AZ

Misli Premyer Liqası başladı: İlk oyunda 2 qol vuruldu

Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümü start götürüb.

Bakues.az xəbər verir ki, bu mövsüm əvvəlki illərdən fərqli olaraq çempionatda daha çox – 12 komanda iştirak edəcək. Uzun fasilədən sonra “Karvan-Yevlax” və “İmişli” elitada yarışacaq.

12 komanda iştirak edəcəyindən yarış 3 dövrədən və 33 turdan ibarət olacaq.

1-ci turun ilk oyun günündə 1 matç keçirilib. 1-ci liqadan elitaya yüksələn 2 komanda üz-üzə gəlib. “Qəbələ” səfərdə “Karvan”la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, ilk turun “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.

Misli Premyer Liqası

1-ci dövrə, 1-ci tur

15 avqust (cümə)

17:00. “Karvan” – “Qəbələ” – 1:1

Qollar: Domi Massumo, 54 (0:1), Murad Musayev, 78 – avtoqol (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Şamaxı şəhər stadionu

16 avqust (şənbə)

17:00. “İmişli” – “Turan Tovuz”

Şamaxı şəhər stadionu

20:00. “Neftçi” – “Şamaxı”

“Neftçi Arena”

17 avqust (bazar)

20:30. “Sumqayıt” – “Kəpəz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan”

Zirə İdman Kompleksinin stadionu

Seçilən
9
9
icma.az

10Mənbələr