EN

Misli Premyer Liqasında yeni mövsümə start verilir

Bu gün Misli Premyer Liqasında yeni mövsümə bir oyunla start veriləcək.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gələcək.
 
Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.
 
Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha dörd görüş keçiriləcək.
 
Belə ki, "İmişli" - "Turan Tovuz"u, "Neftçi" "Şamaxı"nı avqustun 16-da, "Sumqayıt" isə "Kəpəz"i avqustun 17-də qəbul edəcək. Tura avqustun 18-də keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.
 
Xatırladaq ki, avqustun 17-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi səbəbindən təxirə salınıb.
 
15 avqust
 
Misli Premyer Liqası
 
I tur
 
Saat 17:00, "Karvan-Yevlax" - "Qəbələ".
Chosen
63
50
moderator.az

10Sources