AZ

“Biz Premyer Liqada hər rəqibi məğlub edə biləcəyimizi göstərdik”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının ilk turunda “Arsenal”la keçirilən oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bu gün sübut etdik ki, Premyer Liqada istənilən rəqibi məğlub etmək gücünə sahibik. Biz “Arsenal” kimi böyük komandaya qarşı daha üstün oyun göstərdik”

Xatırladaq ki, “qırmızı şeytanlar” mövsümə uğursuz start verərək doğma meydanda 0:1 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın II turunda səfərdə “Fulhem”in qonağı olacaq. Görüş avqustun 24-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Seçilən
81
50
90deqiqe.az

10Mənbələr