AZ

Azərbaycan millisinin futbolçusu Xorvatiya komandasında debüt etdi

BAKI. 18 avqust. TELEQRAF

Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə "Varajdin" komandasının heyətində Xorvatiya Milli Liqasında debüt edib.

Teleqraf xəbər verir ki, 24 yaşlı sağ cinah yarımmüdafiəçisi III turun "Osiyek"ə qarşı ev matçında meydana çıxıb.

O, 64-cü dəqiqədə oyuna daxil olub. Görüş heç-heçə ilə yekunlaşıb - 0:0.

Bu nəticədən sonra "Varajdin" və "Osiyek" hərəyə 2 xalla 10 komanda arasında 8-9-cu yerləri bölüşürlər.

Qeyd edək ki, Rüfət Abdullazadə ötən mövsümü "Səbail"də keçirib. O, "Varajdin"lə iyulun 22-də 3 illik müqavilə bağlasa da, Portuqaliya "Santa Klara"sına qarşı (1:2, 0:2) Konfrans Liqasının I təsnifat mərhələsinin oyunlarında və Xorvatiya çempionatının ilk 2 turunda çıxış etməyib.

Seçilən
49
24
teleqraf.com

10Mənbələr