EN

PSJ tarixində ilk dəfə UEFA Super Kubokunun qalibi oldu

Fransa çempionu, UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün qalibi PSJ UEFA Super Kubokunun da qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən komanda həlledici matçda Avropa Liqasının sonuncu qalibi “Tottenhem”lə üz-üzə gəlib.

Fransa və İngiltərə komandaları İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda qarşılaşıblar. Görüşün əsas vaxtında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Qaydalara əsasən, birbaşa penalti zərbələrinə müraciət edilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş Fransa nəhəngi tarixində ilk dəfə super kubokun qalibi olub – 4:3.

Bu oyunda Azərbaycanın FİFA referisi Elçin Məsiyev də iş başında olub. O, Juan Pineyronun (Portuqaliya) idarə etdiyi matçda dördüncü hakim funksiyasını yerinə yetirib.

UEFA Super Kuboku
13 avqust

PSJ – Tottenhem 2:2 (penaltilər 4:3)
Qollar: İn Kan Li, 85. Qonsalo Ramos, 90+4 – Van de Ven, 39. Kristian Romero, 48.
Hakimlər: Juan Pineyro, Bruno Jezus, Lusiano Maya (hamısı Portuqaliya).
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan).
Udine, “Friuli” stadionu.

Chosen
64
44
arena.az

10Sources