Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avqustun 13-də avrokubokların 2025/26 mövsümünün ilk qalibi müəyyənləşdi. "Football-plus.az" xəbər verir ki, İtaliyanın Udine şəhərində keçirilən Avropa Superkuboku (AS) oyununda “Tottenhem”ə qalib gələn PSJ bu turnirdə ilk uğurunu qazandı.PSJ - Tottenhem 2:2 (0:1, 2:1), p. – 4:3PSJ (Paris, Fransa): Şevalye, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri (Li Kan İn, 68), Vitinya, Due (Ramuş, 77), Barkolya (Mbay, 68), Dembele, Kvaratsxeliya.Tottenhem (London, İngiltərə): Vikario, Porro, Romero, Danso, Van de Veen, Palyinya (Qrey, 72), Sarr (Berqvall, 90), Bentankur, Kudus (Tel, 79), Spens, Rişarlison (Solanke, 72).Qollar: Van de Veen, 36 (0:1). Romero, 48 (0:2). Li Kan İn, 85 (1:2). Ramuş, 90+4 (2:2).Penalti seriyası: Solanke - 0:1. Vitinya – 0:1 (yan). Bentankur - 0:2. Ramuş – 1:2. Van de Veen – 1:2 (qapıçı). Dembele – 2:2. Tel – 2:2 (yan). Li Kan İn – 3:2. Porro – 3:3. Mendeş – 4:3.Vərəqələr: Rişarlison, 53. Barkolya, 56. Paço, 58. Danso, 62. Dembele, 90 - sarı.Hakim: Joao Pinyeyro (Portuqaliya).13 avqust. Udine. 21025 tamaşaçı.Matçdan bir neçə gün əvvəl PSJ-nin iştirak ərizəsindən Donnarummanın adının çıxarılması qitə futbol ictimaiyyətində böyük əks-səda doğurmuşdu. Fransa klubu ilə tezliklə vidalaşacağı gözlənilən italiyalı qapıçının yerini tutan Şevalye parislilərin sıralarına yenicə qoşulmuşdu. Bu dəyişikliyə baxmayaraq, PSJ-nin superkuboku qazanmaq şansı yüksək dəyərləndirilirdi. Doğrudu, Çempionlar Liqasının (ÇL) son qalibi iyun-iyul aralığında ABŞ-də keçirilən Klublararası Dünya Çempionatının iştirakçısı olmuş və finala qədər uzun yol qət etmişdi. Bu müddətdə oyunçuları həm yaxşı dincələn, həm də məşq edən “Tottenhem”in rəqibin matça normal hazırlaşa bilməməsindən yararlanmaq ehtimalı vardı.Avropa Liqasının son qalibi ilk dəqiqələrdən təşəbbüsü rəqibə verməmək planının öhdəsindən məharətlə gəldi. İngiltərəlilər parislilərə qarşı ilk hissədə kifayət qədər yaxşı mübarizə apardılar. Onların müdafiədən hücuma qısa zamanda çıxmaq planı 36-cı dəqiqədə alındı: Vikarionun uzun ötürməsindən sonra Palyinyanın zərbəsinə Şevalye reaksiya verdi, lakin Van de Veen topu tora saldı.Fasilədən az sonra Romero başı ilə fərqi iki topa çatdırdı. Tomas Frankın komandası bundan sonra tədricən müdafiəyə daha çox diqqət yetirməyə başladı. Onun həmkarı Luis Enrike isə əvəzləmələrlə oyunda dönüş yaratmağa çalışdı. Meydana sonradan çıxan Li Kan İnin 85-ci dəqiqədə fərqi azaltması ÇL-in son qalibini ruhlandırdı. Və Ramuş sona az qalmış komandasını məğlubiyyətdən xilas etdi. Reqlamentə əsasən dərhal penalti seriyası başladı. Bu sınaqdan uğurla çıxan PSJ tarixində ilk dəfə Avropa Superkubokunun qalibi oldu. Fransanın superkuboku qazanan 13-cü ölkə olduğunu və Luis Enrikenin superkuboku məşqçi kimi ikinci dəfə başı üzərinə qaldırdığını da qeyd edək. 55 yaşlı ispaniyalı bu turnirdə 1997-ci ildə “Barselona”nın futbolçusu, 2015-ci ildə isə baş məşqçisi kimi sevinib.Oyundan sonraLuis Enrike, PSJ-nin baş məşqçisi:
“Tottenhem” çox yaxşı oyun göstərdi. Onlar bizdən güclüdülər və oyuna daha yaxşı hazırlaşmışdılar. Rəqib 6 həftə hazırlıq keçərkən bizim yalnız 5-6 gün məşq etmək imkanımız olmuşdu. Bu, çox böyük fərqdi. Vəziyyət çətin idi. Oyunun sonuna qədər mübarizə apara bildik. Nəticənin ədalətli olub-olmadığını deyə bilmərəm. Amma bu futboldu və indi azarkeşlərimiz üçün sevinirik. Matç haqda danışmaq çətindi. Azarkeşlərimiz nəticədən asılı olmayaraq bizi həmişə dəstəkləyiblər. Bu kuboku qazanmaq və onlara təqdim etmək bizim üçün böyük xoşbəxtlikdi”.
Tomas Frank, “Tottenhem”in baş məşqçisi:
“Dünyanın ən yaxşı komandalarından birinə qarşı əla oyun göstərdiyimizi düşünürəm. İlk 80 dəqiqə bizim istədiyimiz axarda davam etdi. Sonra ilk qolu buraxdıq və meydandakı vəziyyət dəyişməyə başladı. Oyunçular, klub və azarkeşlərin qürur hissi keçirməyə haqqı çatır. Penalti seriyasında nə desən, ola bilər”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.