
ABŞ Prezidenti Donald Tramp asayişi və ictimai təhlükəsizliyi bərpa etmək üçün Vaşinqtona Milli Qvardiyanın 800 əsgərini göndərməyi qərara alıb.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri bir həftə ərzində şəhərə gedəcək.
“Reuters” yazır ki, daha əvvəl ABŞ-nin digər hüquq-mühafizə orqanlarından, o cümlədən Federal Təhqiqat Bürosu və İmmiqrasiya və Gömrük Mühafizə Xidmətindən (ICE) yüzlərlə məmur da Vaşinqtona gedib.
Xatırladaq ki, ABŞ Prezidentinin sözlərinə görə, hazırda Amerika paytaxtı qaniçən cinayətkarların, narkotik aludəçisi manyakların, həmçinin evsizlərin əlinə keçib.