AZ

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

Litva Prezidenti Gitanas Nauseda ABŞ Prezidenti Donald Trampın Kremlin rəhbəri Vladimir Putinlə görüşündən sonra Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

Alyaskadakı sammit kontekstində Nauseda Rusiyanın başlatdığı müharibənin dayandırılması üçün Donald Trampın səylərini alqışlayıb.

O əlavə edib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri verməyə hazır olacağı barədə Trampın bəyanatından sonra Litva “İstəklilər koalisiyası”na qoşulmağa hazırdır.

Seçilən
17
34
nocomment.az

10Mənbələr