“Rusiya prezidenti Vladimir Putin gələcək sülh sazişində Ukrayna üçün kollektiv müdafiə müddəasının daxil edilməsinə razılıq verib”.
APA xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu gün CNN-ə bildirib.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi belə deyib:
“Biz elə bir razılığa gəldik ki, ABŞ və digər Avropa ölkələri faktiki olaraq NATO-nun 5-ci maddəsinə bənzər bir ifadəni təhlükəsizlik zəmanəti kimi təqdim edə bilsinlər”.
“Putin bildirib ki, Ukraynanın NATO-ya üzvlük onun üçün qırmızı xətdir. Ona görə də müzakirə etdiyimiz məsələ belə idi: əgər bu şərt qalırsa və ukraynalılar bununla razılaşa, demək olar ki, biz ABŞ-ın 5-ci maddəyə bənzər qorumasını təmin edə biləcəyi güzəştini əldə etdik. Təbii ki, hər şey ukraynalıların qəbul edə biləcəkləri həddə bağlıdır,” – deyə o vurğulayıb.