AZ

ABŞ-ın üç ştatı Vaşinqtona Milli Qvardiya əsgərlərini göndərəcək

ABŞ-nin Qərbi Virciniya, Ohayo və Cənubi Karolina ştatlarının hakimiyyəti Vaşinqton şəhərində ictimai asayişin qorunmasına kömək etmək üçün şəhərə 700-ə yaxın Milli Qvardiya hərbçisi göndərəcək.

Day.Az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

 

Məlumata əsasən, Qərbi Virciniya qubernatoru Patrik Morrisi ABŞ-nin paytaxtına 300-dən 400-ə qədər əsgər göndərəcəyini bildirib.

Ohayo qubernatoru Mayk Devayn də 150 nəfər göndərəcək, Cənubi Karolina qubernatoru Henri Makmaster isə 200 Milli Qvardiya əsgəri yerləşdirməyə söz verdi.

Seçilən
37
21
day.az

10Mənbələr