ABŞ-ın Pensilvaniya ştatında polad zavodunda partlayış baş verib.
Referans xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Məlumata görə, "US Steel" zavodunda baş verən hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
Dağıntılar altında qalan insanlar üçün xilasetmə əməliyyatı aparılır.
Hadisənin baş vermə səbəbi hələlik məlum deyil./publika.az