AZ

ABŞ-da poladəritmə zavodunda partlayış olub

ABŞ-nin Pensilvaniya ştatının Klerton şəhərindəki “U.S. Steel” poladəritmə zavodunda baş verən partlayış nəticəsində ilkin məlumata görə bir neçə nəfər xəsarət alıb.

News365.az xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb.

Bildirilir ki, xilasetmə xidmətlərinə insidentlə bağlı ilk məlumat yerli vaxtla saat 11:00 radələrində daxil olub.

Pensilvaniya qubernatoru Coş Şapiro administrasiyasının şəhər rəhbərliyi ilə əlaqə saxladığını, vəziyyətin nəzarət altında olduğunu deyib.

Seçilən
41
50
news365.az

10Mənbələr