ABŞ-nin Pensilvaniya ştatında US Steel zavodunda baş verən partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
Bakues.az xəbər verir ki, bu barədə CBS News telekanalı məlumat yayıb.
Xilasetmə xidmətlərinə insidentlə bağlı ilk məlumat yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 19:00) daxil olub.
Pensilvaniya qubernatoru Coş Şapiro bildirib ki, onun administrasiyası şəhər rəsmiləri ilə əlaqə saxlayırlar.
Qubernator “X” sosial media hesabında yazıb: “Pensilvaniya Fövqəladə İdarəetmə Departamenti və Pensilvaniya ştat polisi ilk müdaxilə edənlərlə əlaqə saxlayır və lazım olan hər hansı yardımı təklif edib”.