Bakı. Trend:
Roma Papası XIV Leo ənənəvi bazar günü xütbəsi zamanı Ermənistanvə Azərbaycanın sülh bəyannaməsi imzalamasını müsbətqarşılayıb.
Trend “VaticanNews”a istinadən xəbər verir ki, Papa çıxışı zamanı tərəfləritəbrik edib:
“Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannaməimzaladıqları üçün təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazdadavamlı sülhün bərqərar olmasına xidmət edəcək”, – deyə XIV Leobildirib.