AZ

Papa XIV Leo Ermənistan və Azərbaycan arasında sülh bəyannaməsini alqışlayıb

Bakı. TurkicWorld:

Roma Papası XIV Leo ənənəvi bazar günü xütbəsi zamanı Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını müsbət qarşılayıb.

TurkicWorld “Vatican News”a istinadən xəbər verir ki, Papa çıxışı zamanı tərəfləri təbrik edib:

“Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqları üçün təbrik edirəm.

Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək”, – deyə XIV Leo bildirib.

Seçilən
85
28
turkic.world

10Mənbələr