AZ

Roma Papası Ermənistan-Azərbaycan sülh bəyannaməsini alqışladı


Roma Papası XIV Leo ənənəvi bazar günü xütbəsi zamanı Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını müsbət qarşılayıb.

Trend “Vatican News”a istinadən xəbər verir ki, Papa çıxışı zamanı tərəfləri təbrik edib:

“Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqları üçün təbrik edirəm.

Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək”, – deyə XIV Leo bildirib.

Seçilən
103
28
baki-xeber.com

10Mənbələr