EN

İsmayıllıda ölümlə nəticələnən qəza olub

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb.

Belə ki, “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Chosen
65
7
bakivaxti.az

8Sources