EN

"Kəpəz"in yeni mövsümdən ev oyunlarını Qəbələdə keçirəcəyi rəsmiləşib

Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə komandamız ilk ev oyunlarını Qəbələdə keçirəcək. Gəncə şəhər stadionunun inşasının davam etməsi səbəbindən "sarı-göylər" doğma şəhərdən kənarda oynamalı olacaqlar.

Gəncə şəhər stadionu matçların keçirilməsi üçün tam hazır vəziyyətə gətirildikdən sonra "Kəpəz" rəqiblərini Nizami yurdunda qəbul edəcək.

Əvəzedici komandamız isə ötən mövsümlərdə olduğu kimi klubumuzun Məşq Mərkəzindəki ehtiyat meydanda oynayacaq.

Chosen
13
7
report.az

10Sources