AZ

“Kəpəz”dən ev stadionu ilə bağlı açıqlama

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Kəpəz" Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə ilk ev oyunlarını Qəbələdə keçirəcəyini təsdiqləyib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Gəncə şəhər stadionunun inşasının davam etməsi səbəbindən "sarı-göylər" doğma şəhərdən kənarda oynamalı olacaqlar. Sözügedən stadionu matçların keçirilməsi üçün tam hazır vəziyyətə gətirildikdən sonra "Kəpəz" rəqiblərini öz şəhərində qəbul edəcək.

Əvəzedici komanda isə ötən mövsümlərdə olduğu kimi klubun Məşq Mərkəzindəki ehtiyat meydanda oynayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
14
qol.az

10Mənbələr