"Kəpəz" Misli Premyer Liqasında bu mövsümkü ilk ev oyunlarını Qəbələdə keçirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gəncə şəhər stadionunun inşasının davam etməsi səbəbindən "sarı-göylər" doğma şəhərdən kənarda oynamalı olacaqlar.
Əvəzedici komanda isə ötən mövsümlərdə olduğu kimi klubun Məşq Mərkəzindəki ehtiyat meydanda oynayacaq.