EN

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
 

Ağdam təmsilçisi III raundda Şimali Makedoniyanın “Şkendiya” klubunu məğlub edəcəyi təqdirdə, pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.


Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab matçları isə 26-27-də keçiriləcək.

Bizim.Media

Chosen
50
4
bizim.media

10Sources