AZ

“Qarabağ”ın Çempionlar Liqasındakı mümkün rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Metbuat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Püşkatma mərasimində “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi III raundda Şimali Makedoniyanın “Şkendiya” klubunu məğlub edəcəyi təqdirdə, pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə oynayacaq:“Bude-Qlimt” (Norveç)“Seltik” (Şotlandiya)“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün qalibi“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi“Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıracağı halda isə Avropa Liqasının pley-off mərhələsində bu komandalardan birinə rəqib olacaq:“Hamrun Spartans” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi“Yanq Boyz” (İsveçrə)“Ludoqorets” – “Ferensvaroş” cütünün məğlubu“Malmö” – “Kopenhagen” cütünün məğlubu

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab matçları isə 26-27-də keçiriləcək. Avropa Liqasında isə pley-off matçları avqustun 21-də və 28-də keçiriləcək.

Seçilən
27
2
metbuat.az

10Mənbələr