UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Ağdam təmsilçisi III raundda Şimali Makedoniyanın “Şkendiya” klubunu məğlub edəcəyi təqdirdə, pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab matçları isə 26-27-də keçiriləcək.
Oxuməni.az