Lənkəran şəhər sakini Serbiyada faciəli şəkildə ölüb.
Â
Senzor.az bildirir ki, 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək məqsədilə adıçəkilən ölkəyə gedib.
Â
O, bir neçə gün əvvəl, yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan H.Mənsubov dərhal xəstəxanaya yerləşdirilib və komaya düşüb. Dörd gün komada qalan gəncin həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Â
Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı gözlənilir.
Â
Qeyd edək ki, Həsən Mənsubov bodibildinq ilə məşğul olub.