AZ

Lənkəran şəhər sakini Serbiyada faciəli şəkildə öldü

Lənkəran şəhər sakini Serbiyada faciəli şəkildə ölüb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək məqsədilə Serbiya Respublikasına gedib. Bir neçə gün əvvəl o, yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan H.Mənsubov dərhal xəstəxanaya yerləşdirilib və komaya düşüb. Dörd gün komada qalan gəncin həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, mərhumun meyiti bu gün Lənkərana gətirilərək dəfn olunacaq.

Qeyd edək ki, Həsən Mənsubov ağır atletika (bodybuilding) ilə məşğul olub.

Seçilən
32
4
teleqraf.com

5Mənbələr