AZ

Azərbaycanlı idmançı Serbiyada faciəli şəkildə ölüb

Lənkəran şəhər sakini Serbiyada faciəli şəkildə ölüb.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək məqsədilə Serbiyaya gedib.

O, bir neçə gün əvvəl, yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan Mənsubov dərhal xəstəxanaya yerləşdirilib və komaya düşüb. Dörd gün komada qalan gəncin həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, mərhumun meyiti bu gün Lənkərana gətirilərək dəfn olunacaq.

Qeyd edək ki, Həsən Mənsubov bodibildinq ilə məşğul olub.

İdman.biz

Seçilən
30
4
idman.biz

5Mənbələr