AZ

Həsən Mənsubov faciəli şəkildə öldü

News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Lənkəran şəhər sakini Serbiyada faciəli şəkildə ölüb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək məqsədilə Serbiyaya gedib. O, bir neçə gün əvvəl, yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan H.Mənsubov dərhal xəstəxanaya yerləşdirilib və komaya düşüb. Dörd gün komada qalan gəncin həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, mərhumun meyiti bu gün Lənkərana gətirilərək dəfn olunacaq.

Qeyd edək ki, Həsən Mənsubov bodibildinq ilə məşğul olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
6
news24.az

8Mənbələr