Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" transfer həyata keçirib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı sağ cinah müdafiəçisi Şakil Sino ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın "Qzira” klubunda forma geyinib.
"Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.