“Palmeyras”ın müdafiəçisi Luis Benedetti karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçunun xidmətində “Arsenal” maraqlıdır. London klubu yay transfer pəncərəsi bağlanmadan futbolçunun keçidini rəsmiləşdirmək niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Benedettinin bazar dəyəri hazırda 500 min avro olaraq qiymətləndirilir.
Gənc oyunçu bu mövsüm “Palmeyras”ın heyətində 15 oyuna çıxıb və 2 qol vurub. Onun Braziliya klubu ilə müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədədir.