EN

ABŞ iki atom sualtı qayığını Rusiya yaxınlığında yerləşdirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiyayaxınlığında yerləşdirilməsinə dair əmr verib.

Trend xəbər verir ki, o buaddımı Rusiyanın keçmiş prezidenti, Rusiya FederasiyasıTəhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin sonbəyanatından sonra atdığını bildirib.

“Bu axmaq və qızışdırıcı bəyanatların daha çox ola biləcəyininəzərə alaraq, mən iki atom sualtı qayığının müvafiq bölgələrdəyerləşdirilməsini əmr etdim. Sözlər çox vacibdir və tez-tezgözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, ohallardan biri deyil”, - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin Rusiyaya atəşkəs üçün 10 günlükmüddət verməsi ilə bağlı açıqlama verən Dmitri Medvedyev Trampınölkələrlə ultimatumla oynadığını deyib.

Chosen
94
5
az.trend.az

9Sources