AZ

Tramp əmr verdi: nüvə sualtı qayıqları Rusiya sərhədinə göndərilir

ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib.

Publika.az xəbər verir ki, o, bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atıb.

“Bu axmaq və qızışdırıcı bəyanatların daha çox ola biləcəyini nəzərə alaraq, mən iki atom sualtı qayığının müvafiq bölgələrdə yerləşdirilməsini əmr etdim. Sözlər çox vacibdir və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, o hallardan biri deyil”, - deyə Tramp deyib.

Xatırladaq ki, Trampın Rusiyaya atəşkəs üçün 10 günlük müddət verməsinə reaksiyasını bildirən Dmitri Medvedev bunları deyib: “O, iki şeyi yadda saxlamalıdır. Rusiya nə İsrail, nə də İrandır. Hər yeni ultimatum təhlükə və müharibəyə doğru bir addımdır”.

Seçilən
53
7
publika.az

9Mənbələr