AZ

ABŞ Prezidenti iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsini əmr edib

Vaşinqton, 1 avqust , AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib. AZƏRTAC-ın məlumatına görə, o bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son bəyanatından sonra atdığını bildirib.

“Bu axmaq və qızışdırıcı bəyanatların daha çox ola biləcəyini nəzərə alaraq, mən iki atom sualtı qayığının müvafiq bölgələrdə yerləşdirilməsini əmr etdim. Sözlər çox vacibdir və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, o hallardan biri deyil”,- deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin Rusiyaya atəşkəs üçün 10 günlük müddət verməsi ilə bağlı açıqlama verən Dmitri Medvedyev Trampın ölkələrlə ultimatumla oynadığını deyib. “O, iki şeyi yadda saxlamalıdır. Rusiya nə İsrail, nə də İran deyil. Hər yeni ultimatum təhlükə və müharibəyə doğru bir addımdır”, deyə - o qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
55
7
azertag.az

9Mənbələr