Olaylar xəbər verir ki, o bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son bəyanatından sonra atdığını bildirib.
"Bu qızışdırıcı bəyanatların daha çox ola biləcəyini nəzərə alaraq, mən iki atom sualtı qayığının müvafiq bölgələrdə yerləşdirilməsini əmr etdim. Sözlər çox vacibdir və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, o hallardan biri deyil", - deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidentinin Rusiyaya atəşkəs üçün 10 günlük müddət verməsi ilə bağlı açıqlama verən Dmitri Medvedyev Trampın ölkələrlə ultimatumla oynadığını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31