EN

Diz travmalarının müalicəsində yeni üsul

Saglamolun saytından verilən məlumata görə, ain.az xəbər verir.

SÜNİ BAĞLARDAN İSTİFADƏ OLUNACAQ 

Alimlər diz travmalarının müalicəsi üçün süni bağlardan istifadə etməyə imkan verən yeni texnologiya hazırlayıblar. 

Avstraliyanın Sidney Universiteti, ABŞ-ın Kolumbiya Universiteti və Almaniyanın Fridrix-Aleksandr Universitetindən olan mütəxəssislər tərəfindən yaradılan bu innovativ üsul, "ACS Biomaterials Science & Engineering" jurnalında təqdim edilib.

Ən çox rast gəlinən idman travmalarından biri olan dizdə ön çarpaz bağın qopması adətən uzun reabilitasiya tələb edən gips və breketlər tətbiq olunur. Digər üsul olan implantlar isə infeksiya və orqanizmin implantı qəbul etməməsi riskini daşıyır. Yeni texnologiya sayəsində alimlər insan toxumasına bənzər fiziki və kimyəvi xüsusiyyətlərə malik hidrogel əsaslı süni karkas hazırlayıblar. Bu implant orqanizm tərəfindən qəbul olunur, sürətli sağalmanı təmin edir və yeni toxumanın inkişafını stimullaşdırır.

Hazırda bu üsul yalnız siçanlar üzərində sınaqdan keçirilib və uğurlu nəticələr əldə olunub. Alimlər yaxın gələcəkdə texnologiyanın insanlar üzərində klinik sınaqlara keçəcəyini ümid edir.

Saglamolun.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
saglamolun.az

1Sources