AZ

Bəzi yeni nəsil paltaryuyan maşınlarında hamının bilmədiyi ÜTÜ DÜYMƏSİ

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Bəzi yeni nəsil paltaryuyan maşınlarında  hamının bilmədiyi ÜTÜ DÜYMƏSİ

Həyatımızı asanlaşdıran məişət avadanlıqlarından biri də paltaryuyan maşınlardır. Lakin bir çox insan bu maşınlarda mövcud olan bəzi incə tənzimləmələrdən xəbərsizdir. Onlardan biri də “ütü rejimi”dir. Sosial şəbəkələrdə sürətlə yayılan bu praktik üsul sayəsində paltarlar maşından demək olar ki, ütülənmiş kimi çıxır.

News24.az xəbər verir ki, Bu üsul həm ütüləməyə sərf olunan vaxt və enerjiyə qənaət edir, həm də ütü zəhmətindən xilas edir. Sosial şəbəkə istifadəçisi Gizem Konuk bu sadə üsulun necə tətbiq olunduğunu izah edib.

Əvvəlcə yuyacağınız paltar üçün düzgün yuma proqramını seçin (məsələn, sintetik, pambıq və s.). Yuma proqramını seçdikdən sonra maşının idarəetmə panelindəki ütü işarəsini – “Qırışıqlığın qarşısını alma” və ya “Asan ütüləmə” rejimini aktivləşdirin. Bu düyməyə basdıqda işığın yanması funksiyanın işə düşdüyünü göstərir. Bundan sonra maşını adi qaydada işlədə bilərsiniz.

Ütü düyməsi nə işə yarayır?

“Qırışıqlığın qarşısını alma” rejimi maşının yuma və sıxma mərhələlərini optimallaşdırır. Yuma bitdikdən sonra barabanın hərəkətləri sıxma sürətini azaldaraq paltarların həddindən artıq bükülməsinin qarşısını alır. Bəzi yeni nəsil paltar yuyan maşınlarda bu rejim buxar funksiyası ilə dəstəklənir ki, bu da dərin qırışıqların yaranmasının qarşısını alır.

Nəticədə, maşından çıxan köynəklər, maykalar, şalvarlar və digər paltarlar daha az qırışır. Onları asaraq qurudanda isə ütüyə ehtiyac qalmır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
news24.az

2Mənbələr