AZ

Yeni mikroskop 250 nanometrdən kiçik detalları göstərə bilir

Cənubi Koreyada ASAN Tibb Mərkəzinin və Ulsan Universitetinin professoru Kim Jun Kimin rəhbərlik etdiyi tədqiqat qrupu canlı hüceyrələrin ultra aydın təsvirini almaq üçün yeni üsul hazırlayıb. Bu məqsədlə iki fotonlu mikroskopiyadan istifadə edilib və əldə olunan görüntülər xüsusi alqoritmlərlə emal olunub.

Tədqiqat Electronics jurnalında dərc olunub. İki fotonlu mikroskopiya canlı toxumalara minimal ziyanla daha dərin nüfuz etməyə imkan verir. Görüntülərin bulanıqlaşmasının qarşısını almaq üçün alimlər 3D çaplı xüsusi tutucudan istifadə ediblər. Bu qurğu toxumanı yumşaq şəkildə sabitləyərək vizuallaşdırmanı dəqiqləşdirir.

Daha sonra tətbiq edilən alqoritmlər "çirkliyi" azaldır, ofsetləri düzəldir və Super Resolution Radial Fluctuations (SRRF) metodunun köməyi ilə təsvirlərin aydınlığını artırır. Nəticədə ayırdetmə qabiliyyəti təxminən iki dəfə yüksələrək 250 nanometrdən aşağı səviyyəyə çatıb.

Mütəxəssislərin fikrincə, bu texnologiya Raman spektroskopiyası ilə birləşdirildikdə xərçəngin erkən mərhələdə daha dəqiq diaqnostikasına imkan verə bilər. Bundan əlavə, yeni metod dərmanların hazırlanmasını sürətləndirmək və xüsusilə mitoxondrilərin qorunmasına yönəlmiş müalicə strategiyalarını inkişaf etdirmək potensialına malikdir.

S.ELAY

XQ

Seçilən
21
50
xalqqazeti.az

10Mənbələr