EN

Qazaxıstanda hərbi helikopter radardan itib


Göyərtəsində üç ekipaj üzvü olan Qazaxıstan Müdafiə Nazirliyinin helikopteri Almatı vilayətində radardan itib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“İyulun 25-də Almatı vilayətinin Fövqəladə Hallar İdarəsinin növbətçi hissəsinə üç ekipaj üzvü ilə Luqovoydan havaya qalxan Müdafiə Nazirliyinin vertolyotunun Otar bölgəsində zənglərə cavab verməməsi barədə məlumat daxil olub”, - məlumatda deyilir.
Bildirilib ki, Almatı vilayətində axtarış-xilasetmə işlərinin aparılması üçün dərhal hadisə yerinə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Chosen
44
5
yeniavaz.com

10Sources