Referans xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Otar yaşayış məntəqəsi ərazisində əlaqənin kəsildiyi helikopter Qazaxıstan Hava Müdafiə Qüvvələrinə məxsusdur.
FHN-in xilasediciləri Almatı vilayətinin Sorbulak gölü akvatoriyasında helikopterə aid olduğu ehtimal edilən parçalar aşkarlayıblar.
Axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunur.