Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Otar yaşayış məntəqəsi ərazisində əlaqənin kəsildiyi helikopter Qazaxıstan Hava Müdafiə Qüvvələrinə məxsusdur. FHN-in xilasediciləri Almatı vilayətinin Sorbulak gölü akvatoriyasında helikopterə aid olduğu ehtimal edilən parçalar aşkarlayıblar. Axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunur.