AZ

Qazaxıstanda hərbi helikopter radarlardan itib

Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib. Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb. Helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Hazırda Qazaxıstanın Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb edilməklə axtarış-xilasetmə işləri aparılır. Bütün halların araşdırılması üçün hadisə yerinə xüsusi komissiya göndərilib. "100-dən çox canlı qüvvə və təxminən 15 vahid texnika, o cümlədən aviasiya və pilotsuz uçuş aparatları cəlb edilib", - məlumatda qeyd olunub.

Seçilən
64
16
avtosfer.az

10Mənbələr