EN

İnzibati qayda pozuntusuna görə “Çelikoğlu” MMC cərimələndi

"Çelikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tətbiq edilib. 

Valyuta.az-ın məlumatına görə, şirkətin İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 529.1-1-ci maddəsini pozduğu məlum olub.

Tələbi pozulan maddəyə əsasən, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

İş baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə, "Çelikoğlu" MMC-nin qanunu təmsilçisi Mustafa Celık 3000 manat məbləğində cərimə olunub.

Sabiq İsbəndərli 

Chosen
14
7
valyuta.az

10Sources