"CPM-İnvest" şirkətinin vəzifəli şəxsi 10 min manat cərimələnib.
Valyuta.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının apardığı tematik yoxlama nəticəsində “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Araşdırma zamanı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, şirkət tərəfindən şübhəli əməliyyatlara nəzarət və bu barədə müvafiq qurumlara məlumat verilməsi ilə bağlı öhdəliklər yerinə yetirilməyib, həmçinin daxili nəzarət və risklərin idarə olunması sistemində nöqsanlara yol verilib.
Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən, vəzifəli şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 000 manat məbləğində cərimələnib.