"Euro Sport" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimə olunub.
Valyuta.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə iprotokol irəli sürülüb və iş məhkəməyə göndərilib.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə, "Euro Sport" Məhdud Məsuliyyətli İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Onu da bildirək ki, nizamnamə kapitalı 10 manat olan, Bakı Şəhəri Nərimanov Rayonu, İ.Həsənoğlu, Ev.9, M.80 ünvanında qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ağasət Cavadzadə Damad oğludur.
Sabiq İsbəndərli