AZ

"Azpetrol LTD” cərimələndi

"Azpetrol LTD” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi iddası ilə irəli sürülüb və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə, "Azpetrol LTD” MMC rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə olunur.

Sabiq İsbəndərli 

Seçilən
5
1
valyuta.az

10Mənbələr