EN

Böyük Britaniya 135 tankeri Rusiyanın sanksiyalar siyahısına əlavə edib

Böyük Britaniya 135 tanker və iki şirkəti Rusiyaya qarşı sanksiyalar siyahısına əlavə edib.

Bu barədə məlumat Böyük Britaniya Xəzinədarlığının saytında dərc olunub.

Nazirlik Qabon bayrağı altında qalan Rusiya donanma gəmilərinin qeydiyyatından məsul olduğu iddia edilən “Intershipping Services” MMC-yə məhdudiyyətlər qoyulduğunu açıqlayıb.

“Sanksiyalar həmçinin Rusiya neft nəhəngi Lukoil-ə bağlı olan LITASCO Middle EAST DMCC-ni də, böyük miqdarda Rusiya neftinin donanma gəmiləri ilə daşınmasında davam edən roluna görə hədəf alır”,- deyib.

Qeyd edək ki, Avropa İttifaqı iyulun 18-də Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib. Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın sözlərinə görə, yeni məhdudiyyətlər, o cümlədən ən sərtləri “Kremlə hərbi büdcəsini azaltmağa” imkan verəcək. Litva hesab edir ki, yeni məhdudiyyətlər səbəbindən Moskva qəpiksiz ilişib qalacaq.

//Gülnarə Abasova, Editor.az

Chosen
20
50
editor.az

10Sources