Böyük Britaniya Rusiyayla əlaqəli olduğu iddia edilən 134 gəmiyə qarşı sanksiya tətbiq edib.
AFN.az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya hökumətinin rəsmi saytında yenilənmiş "qara siyahı"da yer alıb.
Sənəddə qeyd olunub ki, məhdudiyyətlərə məruz qalan ümumi gəmi sayı 290-dan 424-ə yüksəlib.
Bundan əlavə, London BƏƏ-yə məxsus iki şirkətə – "Intershipping Services" və "Litasco Middle East DMCC"-yə qarşı da sanksiyalar tətbiq edib. Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, "Intershipping Services" kölgə donanmasının Qabon bayrağı altında qeydiyyatı ilə məşğuldur, "Litasco Middle East DMCC" isə iddiaya görə "Lukoil" şirkəti ilə əlaqəlidir.