Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniya Rusiyanın enerji sektorunu hədəf alan 137 yeni sanksiya elan edib.
Banco.azxəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında yeni sanksiyaların Rusiyanın neft gəlirlərini azaldacağı və artıq çətin vəziyyətdə olan "kölgə donanmasının" daha böyük bir hissəsini fəaliyyətsiz hala gətirəcəyi bildirilib.
Bu ölkəyə qarşı tətbiq edilən 137 yeni sanksiyanın Rusiyanın kölgə donanması əməliyyatlarına təzyiqi daha da artırdığı qeyd olunan açıqlamada, “Sanksiyalar 2024-cü ilin əvvəlindən etibarən qanunsuz şəkildə 24 milyard dollar dəyərində yük daşıyan donanmanın bir hissəsi olan 135 neft tankerini birbaşa hədəf alır” ifadəsinə yer verilib.
Açıqlamada bugünkü addımın Rusiyanın kölgə donanması vasitəsilə həyata keçirdiyi neft ticarətinə imkan yaradanlara qarşı təzyiqi də artırdığı vurğulanıb və 2 dəniz nəqliyyatı şirkətinin də sanksiya siyahısına daxil edildiyi bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!