EN

"Mançester Siti" onun transferi üçün 75 milyon ödəməyə hazırdır

"Mançester Siti" yay transfer pəncərəsində sağ cinah müdafiəsini gücləndirmək niyyətindədir.

90deqiqe.Az-ın "The Times" nəşrinə istinadən yaydığı xəbərə görə, İngiltərə çempionunun bu mövqedəki əsas hədəflərindən biri "Nyukasl"ın futbolçusu Tino Livramento hesab olunur.

"Şəhərlilər" 22 yaşlı müdafiəçi üçün 75 milyon avro təklif etməyə hazırdır. Lakin "Nyukasl" Livramentonun komandadan ayrılmasına imkan vermək istəmir və futbolçuya təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə təqdim etməyə hazırlaşır.

Livramento "Nyukasl"ın heyətinə 2023-cü ilin avqustunda "Sauthempton"dan transfer olunub. O vaxtdan bəri iki mövsüm ərzində komandanın heyətində 80 oyunda meydana çıxıb, bu matçlarda bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
47
7
90deqiqe.az

10Sources